Millimiz iki qələbəylə iki pillə irəli
23.11.2022 - 14:44
Millimiz iki qələbəylə iki pillə irəli

Azərbaycan millisi FİFA reytinqində irəliləyəcək.

Apasport.az saytının məlumatına görə, yığmamızın gələn ay açıqlanacaq cədvəldəki mövqeyi artıq bəllidir.

Canni de Byazinin yetirmələri 1151,81 xalla dünyanın 121-cisi olacaq. Millimiz ötən cədvəllə müqayisədə 2 addım irəliləyəcək.

Buna hesabat dövründə 5,09 xal qazanılması səbəb olub. Yığmamız keçirdiyi hər iki görüşdə qazanmaqla əmsalını artırıb. De Byazili milli Moldovada 2:1, Şimali Makedoniyada 3:1 hesablı qələbə əldə edib.

Yığmamız iki ölkəni arxada qoyub. Bunlar Niger və Farer adalarıdır.

Qeyd edək ki, FİFA reytinqi Qətərdəki DÇ-2022-dən sonra dekabrın 22-də açıqlanacaq.

writer photo
Əlirza Əlirzalı
0