İranın paytaxtı Tehranda taekvondo üzrə keçirilən “Fəcr Open” beynəlxalq turnirinə yekun vurulub.
Apasport.az xəbər verir ki, G1 kateqoriyalı yarışın son günündə Azərbaycan yığması daha 2 medal qazanıb.
Millinin heyətində Yaşar Məmmədli (68 kq) və Eltac Qafarov (80 kq) bürünc mükafata yiyələnib. Bununla da komandamız “Fəcr Open”i 3 bürünc medalla başa vurub. Daha öncə Rahid Vəliyev (54 kq) də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, milli komandamız “Fəcr Open”in ardınca Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda da iştirak edəcək. Yarış fevralın 16-19-da keçiriləcək.