Millimiz Portuqaliya ilə cavab oyununa çıxacaq - YENİLƏNİR
29.10.2024 - 09:54
Millimiz Portuqaliya ilə cavab oyununa çıxacaq - YENİLƏNİR

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının pley-off mərhələsində cavab oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, millimiz Portuqaliya yığması ilə üz-üzə gələcək.

Vizelada baş tutacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda Portuqaliya yığması 4:1 hesablı qələbə qazanıb.

Avropa çempionatı

Pley-off mərhələsi, cavab oyunu

29 oktyabr

23:45. Portuqaliya - Azərbaycan

İlk oyun - 4:1.

Hakimlər: Şona Şukrula, Martina Bur, Eşli de Haan, Culia van Es (hamısı Niderland).

writer photo
Əlirza Əlirzalı
0