Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının pley-off mərhələsində növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Bakıda Portuqaliya seçməsi ilə qarşılaşır. “Liv Bona Dea Arena”dakı görüşə saat 16:00-da start verilib.
Komandalar arasındakı cavab görüşü oktyabrın 29-da Portuqaliyada olacaq.
Avropa çempionatı
Pley-off mərhələsi, ilk oyun
25 oktyabr
16:00 Azərbaycan – Portuqaliya 1:4
“Liv Bona Dea Arena”
Azərbaycan: Aytac Şərifova, Alina Dorofeyeva, Nigar Mirzəliyeva, Jalə Mənsimova, Diana Məmmədova, Mana Mollayeva, Nazlıcan Parlak, Eliz Açar, Peritan Bozdak, Kristina Bakarandze, Sevinc Cəfərzadə (k)
Portuqaliya: İnyes Pereyra, Ana Borges(k), Katarina Amado, Diana Qomes, Joana Marçao, Andreya Yasinto, Tatyana Pinto, Nazaret, Telma Ençarnaçao, Ana Kapeta, Karola Kosta