Millimiz “qara zolaq”dan çıxdı
18.10.2023 - 14:19
Millimiz “qara zolaq”dan çıxdı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi uğursuz seriyaya son qoyub.

Apasport.az xəbər verir ki, yığmamız seçmə mərhələlərdə ardıcıl 4 məğlubiyyətdən sonra ilk xallarını qazanıb.

Samir Əliyevin baş məşqçisi olduğu komanda AVRO-2025-in Lüksemburqla görüşündə 3:2 hesablı qələbəyə sevinib. Yığmamız bu tsiklin Serbiya (0:2) və Şimali İrlandiya (0:1) ilə qarşılaşmalarında xal üzünə həsrət qalmışdı.

Milli AVRO-2023-ün son iki seçmə matçında da uduzub. Finlandiyaya 0:3, Norveçə 1:2 hesabı ilə məğlub olan yığmanın son uğuru Estoniyada gerçəkləşib.

Komandamız ötən il iyunun 6-da səfərdə 5:0 hesablı darmadağına imza atıb. 5 cavabsız qoldan sonrakı qələbə 4 məğlubiyyətin ardından gerçəkləşib. Millimiz 16 aylıq həsrətə son qoyaraq “qara zolaq”dan çıxıb.

writer photo
Əlirza Əlirzalı
0