Millimiz Rusiyaya darmadağın oldu
22.09.2024 - 17:06
Millimiz Rusiyaya darmadağın oldu

15 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız Belarus Futbol Federasiyasının Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Rusiya seçməsinin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bundan əvvəl millimiz Belarusa 1:8, Özbəkistana isə 1:2 hesabı ilə uduzub.

writer photo
Əlirza Əlirzalı
0