Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, yığmamız Millətlər Liqası çərçivəsində 3-cü matçında Farer adalarına qonaq olub.
Millimiz səfərdə 2:1 hesabı ilə qələbə qazanıb. Komandanın heyətində Kristina Bakarandze və Manə Mollayeva fərqləniblər.
Qeyd edək ki, yığmamız bu qələbədən sonra turnir cədvəlində 1-ci pilləyə yüksəlib.
Millətlər Liqası
C liqası, 3-cü qrup
III tur
27 oktyabr
17:00. Farer adaları – Azərbaycan - 1:2
Qollar: Dal Kistiansen Sunniva, 83 - Kristina Bakarandze, 30. Manə Mollayeva, 49
Baş hakim: Yelena Yermolajeva (Latviya)
Klaksvik. “Djupumyru” stadionu
1 |
Azərbaycan |
3 |
2 |
1 |
0 |
4-2 |
7 |
2 |
Kipr |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
3 |
Monteneqro |
2 |
1 |
0 |
1 |
1-1 |
3 |
4 |
Farer adaları |
3 |
0 |
0 |
3 |
1-4 |
0 |