Millimizdə mütləq rekordçu
17.11.2023 - 16:39
Millimizdə mütləq rekordçu

Emin Mahmudov Azərbaycan millisində yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi seçmə mərhələlərdə ən çox qol vuran futbolçu adına sahib çıxıb.

Emin AVRO-2024-ün seçmə mərhələsinin İsveçlə görüşündə dubla imza atıb. 3:0 hesablı qələbədən sonra onun bu tsikldəki qol sayı 3-ə çatıb. O, martın 24-də Avstriya ilə səfər görüşündə (1:4) də fərqlənib.

Mahmudov DÇ-2022-nin seçmə mərhələsində daha çox – 4 qol vurub. İki tsikldə 7 dəfə fərqlənən kapitan Ramil Şeydayevlə Dmitri Nazarovun şərikli rekordunu geridə qoyub.

Seçmə mərhələlərin bombardirləri
1.    Emin Mahmudov - 7
2-3.    Ramil Şeydayev - 6
Dmitri Nazarov    6
4-5.    Qurban Qurbanov    - 5
Vaqif Cavadov    - 5

writer photo
Əlirza Əlirzalı
0