Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnir start götürüb.
Apasport.az xəbər verir ki, açılış mərasimində Ümummilli Liderin idmana diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında respublikamızda idman siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edərək, ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərdən danışıb. Qayıbov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına və idmançılarımıza böyük diqqət və qayğısı beynəlxalq yarışlarda yeni qələbələr qazanmağımıza zəmin yaradır.
Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda Azərbaycan millisinin minifutbol üzrə Avropa çempionluğundan sonra bu idman növünə marağın daha da artdığını qeyd edib. O, belə mötəbər turnirlərin bu idman növünün təbliğində əhəmiyyətli olduğunu vurğulayıb.
Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti, “Zirə” futbol klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov ölkəmizdə minifutbolun inkişafı barədə fikirlərini bölüşüb. Müşahidə Şurasının sədri turnirdə iştirak edəcək komandalara uğurlar arzulayıb.
Turnirin ilk günündə 4 oyun keçirilib. Millimizin rəqibi Çexiya komandası olub və tərəflərin səylərinə baxmayaraq qapılara qol vurulmayıb. Qrupun digər görüşündə Serbiya futbolçuları Gürcüstan üzərində minimum hesabla qələbə qazanıb.
1-ci tur
A qrupu
Serbiya – Gürcüstan – 1:0
Azərbaycan – Çexiya – 0:0
B qrupu
Ukrayna – Qazaxıstan – 0:1
Fransa – CAR – 11:1
Millimizdən açılış matçında heç-heçə
02.05.2023 - 00:04
0
0