Millimizdən irəliləyiş: Azərbaycan Kipri keçəcək
19.10.2023 - 09:26
Millimizdən irəliləyiş:  Azərbaycan Kipri keçəcək

Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar cədvəli açıqlanıb.

Apasport.az xəbər verir ki, yığmaların oktyabr reytinqindəki təxmini mövqeləri bəlli olub.

Azərbaycan yığması 1155,91 xalla 120-ci yerdə qərarlaşacaq. Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 1 pillə irəliləyəcək.

Buna səbəb AVRO-2024-ün seçmə mərhələsinin bu ay baş tutan iki matçıdır. Səfərdə Estoniyanı 2:0 hesabı ilə yenən millimiz evdə Avstriyaya uduzsa da (0:1), həm xal sayını, həm mövqeyini yaxşılaşdıracaq. Komandamız Kipr millisini keçəcək.

Qeyd edək ki, FİFA reytinqi oktyabrın 26-da açıqlanacaq.
 

writer photo
Əlirza Əlirzalı
0