FİFA milli komandaların 2023-cü il üçün ilk reytinq siyahısını açıqlayıb. Adətən ilə ilk rübdə start verilsə də, bu dəfə birinci belə cədvəl apreldə dərc olunub.
Apasport.az saytının məlumatına görə, yenilik Azərbaycan millisinə mənfi mənada təsir göstərib.
AVRO-2024-ün seçmə mərhələsinin bol qollu oyunlarında Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzan yığmamız 1142,25 xalla planetin 124-cü komandasına çevrilib. Bu, ilin start siyahıları üçün son 8 ilin antirekordudur.
Millimiz sonuncu dəfə 2015-ci ilə belə acınacaqlı başlayıb. Həmin vaxt yanvarda açıqlanan ilk siyahıda Azərbaycan yığması 136-cı idi. Sonrakı 7 ilin startı isə ən pis halda 121-ci pillədə olub. Bu da ötən ilə təsadüf edib.
Məsələnin digər tərəfi odur ki, millimiz ötən ilin son siyahısı ilə müqayisədə 3 pillə geriləyib. Komandamız ötən ili başladığı kimi 121-ci sırada bitirmişdi.
Bu geriləmə ilə milli tarixinin FİFA reytinqindəki antirekordunu təkrarlayıb. Yığma tarixi ərzində ilə bundan ağır geriləmə ilə başlamayıb.
20 il öncə də startda “-3” qeydə alınmışdı. Həmin vaxt komandamız 2002-ci ildəki 113-cü pilləni 116-cıya dəyişmişdi. İlin “siftə”sini belə 3 addımla korlamaq antirekordunu təkrarlayan yığma bu dəfə 8 pillə aşağıda – artıq 12-ci deyil, 13-cü pillədə belə yuvarlanma yaşayıb.
Qeyd edək ki, növbəti FİFA reytinqi iyulun 20-də açıqlanacaq.