Millimizdən yenə məğlubiyyət, yenə sonuncu yer
10.10.2022 - 14:56
19 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının 1-ci seçmə mərhələsində son matçına çıxıb.
B liqasında çıxış edən Zamir Həsənovun komandası Xorvatiyada təşkil olunan turnirə meydan sahibləri ilə qarşılaşma ilə yekun vurub. Görüş balkanlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bunadək Monteneqroya 1:2, Kiprə 0:4 hesabı ilə uduzan millimiz 1-ci qrupda sonuncu yeri tutub.
1 |
Xorvatiya |
3 |
3 |
0 |
0 |
7-0 |
9 |
2 |
Monteneqro |
3 |
2 |
0 |
1 |
3-6 |
6 |
3 |
Kipr |
3 |
1 |
0 |
2 |
4-2 |
3 |
4 |
Azərbaycan |
3 |
0 |
0 |
3 |
1-7 |
0 |
0
0