Millimizi gözləyən SIÇRAYIŞ
03.10.2022 - 12:03
Millimizi gözləyən SIÇRAYIŞ

Azərbaycan millisinin bu həftə açıqlanacaq FİFA reytinqindəki mövqeyi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, yığmamız dünyanın 123-cü komandası olacaq.

Komandamızın aktivində 1146,72 xal olacaq. Ötən cədvəllə müqayisədə 19,55 xallıq qazanc əldə edən millimiz 5 pillə irəliləyəcək.

Bu sıçrayışa Canni de Byazinin yetirmələrinin sentyabrdakı iki qələbəsi səbəb olub. Yığmamız Millətlər Liqasında özündən daha reytinqli rəqibləri – Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib.

Bu qələbələr Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını keçmək üçün yetərli olacaq. Bu, oktyabrın 6-da dərc olunacaq cədvəldə əksini tapacaq.

Qeyd edək ki, cədvələ 1831,40 xalla Braziliya başçılıq edəcək.
 

writer photo
Əlirza Əlirzalı
0