Millimizin hazırlıq planı bəlli oldu
30.08.2024 - 11:35
Millimizin hazırlıq planı bəlli oldu

UEFA Millətlər Liqasında İsveç və Slovakiya ilə qarşılaşacaq Azərbaycan milli komandasının hazırlıq proqramı məlum olub.

Apasport.az xəbər verir ki, yığmamız sentybarın 2-də toplanışa başlayacaq. Məşqlər ayın 4-nə kimi "Qarabağ Arena"da keçiriləcək.

Həmin gün saat 19-00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son son məşqə çıxacaq.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da 16:00-da Slovakiyaya yola düşəcək. Ayın 7-də Koşitse Futbol Arenasında məşq olacaq. Oyundan sonra isə milli geri dönəcək.

writer photo
Əlirza Əlirzalı
0