Millimizin İsveç sindromu: Qolsuz və xalsız 270 dəqiqə
16.11.2023 - 11:33
Millimizin İsveç sindromu: Qolsuz və xalsız 270 dəqiqə

Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsindəki son ev oyununda İsveçlə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, bu, iki yığma arasında 4-cü matç olacaq.

Millimiz skandinaviyalılarla indiyədək üç dəfə üz-üzə gəlib. DÇ-2002 və AVRO-2024-ün seçmə oyunlarının hamısında sevinən İsveç olub.

Üç məğlubiyyət alan komandamız səfərdəki qarşılaşmalarda böyük hesabla uduzub. Millimizin digər sindromu isə qol həsrətidir. 

270 dəqiqə ərzində komandamız rəqib qapısına yol tapmayıb. Canni de Byazinin yetirmələri İsveçlə görüşlərdəki qol və xal həsrətinə bu gün son qoymağa çalışacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 21:00-da başlayacaq.

2 sentyabr 2000. Bakı. DÇ. Azərbaycan – İsveç - 0:1
7 oktyabr 2001. Stokholm. DÇ. İsveç – Azərbaycan - 3:0
27 mart 2023. Solna. AÇ. İsveç - Azərbaycan - 5:0
 

writer photo
Əlirza Əlirzalı
0