Azərbaycan milli komandasının sabiq müdafiəçisi Elhad Naziri baş məşqçi kimi çalışacaq.
Apasport.az saytına verilən məlumata görə, 31 yaşlı məşqçi “Cəbrayıl”ı çalışdıracaq.
Ötən mövsüm bölgə klubu İkinci Liqada mübarizə apararkən Cavid Hüseynovun köməkçisi kimi fəaliyyət göstərmiş Naziri bu dəfə rəhbərlikdən baş məşqçi təklifi alıb.
Tərəflər razılaşıb və 2024/2025 mövsümündə “Cəbrayıl”ı Nazirinin çalışdıracağı dəqiqləşib. Belə ki, Cavid Hüseynov “Turan Tovuz”da Kurban Berdıyevin köməkçisi kimi fəaliyyət göstərəcək.
Elhad Naziri karyerası ərzində “Lokomotiv”(Biləcəri), “Milsami”(Moldova), “Metalul Reşita”, “Petrolul” (hər ikisi Rumıniya), “Rəvan”, “İnter”(indiki “Şamaxı”), “Araz-Naxçıvan” komandalarında oynayıb.
Qeyd edək ki, “Cəbrayıl” pley-off matçında “Araz-Saatlı”nı məğlub edərək Birinci Liqada oynamağa haqq qazanıb.