Millimizin oyununun hakimi dəyişdi
29.08.2022 - 10:14
Millimizin oyununun hakimi dəyişdi

Bakıda təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcəyi ikinci yoldaşlıq oyununu idarə edəcək hakimlər briqadasında dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, öncədən nəzərdə tutulduğu kimi, görüşü Əkbər Əhmədov idarə etməyəcək.

Onun əvəzinə İslam Məmmədov avqustun 30-da baş tutacaq matçda ədalət təmsilçisi olacaq. Ona Cahangir Yusifzadə və Sənan Atayev köməklik göstərəcəksə, Tural İbrahimov ehtiyat hakim funksiyasını icra edəcək.

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Türkiyə oyunu saat 19:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0