Millimizin Skopyedəki oyununun hakimləri açıqlandı
16.11.2022 - 10:11
Millimizin Skopyedəki oyununun hakimləri açıqlandı

Yoldaşlıq oyunları çərçivəsində keçiriləcək Şimali Makedoniya – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, noyabrın 20-də baş tutacaq matçı Albaniyadan olan ədalət təmsilçiləri idarə edəcək.

Skopyedəki görüşdə Enea Yorgyi fit çalacaq. Ona İlir Tartaray və Doyando Miftari kömək edəcək. Dördüncü hakim şimali makedoniyalı Yovan Kaçevski olacaq.

Qeyd edək ki, Todor Proeski Milli stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0