Millimizin üzvü ilə bağlı bəd xəbər
22.10.2024 - 14:13
Azərbaycan millisinin hücumçusu Renat Dadaşov əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bunu "Ankaragücü"nün mətbuat xidməti açıqlayıb.
1-ci Liqa təmsilçisinin açıqlamasında forvardın qasıq nahiyyəsində yırtıq olduğu üçün əməliyyat edildiyi bildirilib. Dadaşovun 4-6 həftədən sonra məşqlərə başlayacağı bildirilib.
Qeyd edək ki, Renat bu mövsüm "Ankaragücü"nün heyətində 9 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
0
0