Misli Premyer Liqasına PROQNOZ
29.09.2022 - 13:37
Misli Premyer Liqasına PROQNOZ

Sabah Misli Premyer Liqasında VIII tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, qarşıdakı oyunları təkcə komandalar və azarkeşləri deyil, proqnozsevərlər də səbirsizliklə gözləyir.

Çempionatın görüşlərinə futbol ekspertləri də biganə qalmır. Sabah keçiriləcək “Səbail” – “Qəbələ” qarşılaşması da istisna deyil.

Futbol eksperti Dmitri Torxov “ASCO Arena”dakı oyuna proqnoz verib:

Mövsümün arxada qalan 7 oyununda “Səbail”in nəticələri “Qəbələ” ilə müqayisədə daha aşağı olub. Qonaqlar liderlərin “dördlüy”ündə qərarlaşıb. Meydan sahibləri isə orta sıralardadır. Səmimi olsaq, bu gün “Səbail” “Qəbələ”ni udacaq formada deyil. Ona görə də qonarların qələbəsinə mərc təklif edirəm. Bu variantın əmsalı 1,59-da bərabərdir.

Həmçinin statistik göstəricilərə də mərc etmək olar. Künc zərbələrində 10,5 Alt, fol sayında 2, sarı vərəqələrdə 3 Üst real görünür.

Proqnozum: 2
 

writer photo
Əlirza Əlirzalı
0