Avropa Liqasında 16 matç
06.10.2022 - 09:49
Avropa Liqasında 16 matç

Bu gün Avropa Liqasında qrup mərhələsinin III turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, I dövrənin son günündə 16 matç baş tutacaq.

8 qrupda mübarizə aparan komandalar növbəti sınaqlarına çıxacaq. Azərbaycan çempionu “Qarabağ” “Olimpiakos”un qonağı olacaq. Bu qrupun digər görüşündə “Frayburq” “Nant”ı sınağa çəkəcək.

Qardaş Türkiyə təmsilçiləri də meydana çıxacaq. “Fənərbaxça” AEK-i qəbul edəcək, “Trabzonspor” “Monako”nun qonağı olacaq.

Qeyd edək ki, növbəti turun görüşləri oktyabrın 13-də keçiriləcək.

A qrupu
⚽  20:45. “Sürix” - PSV
⚽  23:00. “Arsenal” – “Bodo Qlimt”
B qrupu
⚽  23:00. “Renn” – “Dinamo” K
⚽  23:00. “Fənərbaxça”  - AEK
C qrupu
⚽  20:45. HİK – “Lüdoqorets”
⚽  23:00. “Roma” – “Betis”
D qrupu
⚽  20:45. “Malmö” – “Union” B
⚽  23:00. “Braqa” – “Sent Jiloaz”
E qrupu
⚽  20:45. “Şerif” – “Real Sosyedad”
⚽  20:45. “Omoniya” – “Mançester Yunayted”
F qrupu
⚽  20:45. “Şturm” – “Latsio”
⚽  23:00. “Midtulland” – “Feyenoord”
G qrupu
⚽  23:00. “Frayburq” – “Nant”
⚽  23:00. “Olimpiakos” – “Qarabağ”
H qrupu
⚽  20:45. “Srvena Zvezda” – “Ferensvaroş”
⚽  20:45. “Monako” – “Trabzonspor”
 

writer photo
Əlirza Əlirzalı
0