Mourinyo fantastik məbləği rədd edib
04.11.2024 - 16:33
Mourinyo fantastik məbləği rədd edib

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanından təklif alıb.

Apasport.az xəbər verir ki, bu mövsüm əsas liqaya yüksələn “Əl Qadisiya” portuqaliyalı mütəxəssisə illik 50 milyon avro maaş təklif edib. 

“Fənərbaxça”dan əvvəl ərəblərdən təklif alan Mourinyonun cavabı “yox” olub. O, daha sonra Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb.

“Fənərbaxça” Super Liqada 11 turdan sonra 25 xalla 2-ci sıradadır.

writer photo
Əlirza Əlirzalı
0