Mourinyo “Qarabağ”ın mümkün rəqiblərinə ad qoydu - “Köpək balıqları”
14.10.2022 - 11:01
Mourinyo “Qarabağ”ın mümkün rəqiblərinə ad qoydu - “Köpək balıqları”

Çempionlar Liqasında qrup üçüncüsü olan komandalar Avropa Liqasına yuvarlanmaqla bu turnirin iştirakçıları üçün qorxunc rəqib olacaq.

Apasport.az saytının məlumatına görə, bunu “Roma”nın baş məşqçisi Joze Mourinyo iddia edir.

Portuqaliyalı mütəxəssis qrup mərhələsinin IV turunun “Betis”lə görüşündən sonra turnirdəki perspektivlərini dəyərləndirib. Mourinyo İtaliya təmsilçisi üçün pley-offun ağır keçəcəyini bildirib: “Pley-off mərhələsi daha çətin olacaq. “Betis”i Avropa Liqasını qazanmağa favorit hesab edirəm. Amma Çempionlar Liqasının uğursuz köpək balıqları da gələcək. Bu da çox ağır olacaq. Biz qrupda ikinci olmaq istəyirik. Üçüncü olsaq Konfrans Liqasında titulumuzu qorumalı olacağıq”.

Hazırda Azərbaycan çempionu “Qarabağ” da Avropa Liqasında qrup ikincisidir. Hazırkı vəziyyətdə Mourinyonun köpək balığı adlandırdığı Çempionlar Liqasının üçüncüləri isə “Barselona”, “Atletiko”, “Sevilya”, “Yuventus”, “Ayaks”, “Milan”, “Sportinq” və “Şaxtyor”dur.

Qeyd edək ki, C qrupunda mübarizə aparan “Roma” 4 xalla öz qrupunda üçüncüdür. “Betis” 10 xalla 1-ci, “Lüdoqorets” 7 xalla 2-ci, HİK 1 xalla  sonuncudur.
 

writer photo
Əlirza Əlirzalı
0