Murad Musayev: “Şayiələrə şərh vermək istəmirəm”
18.12.2023 - 16:50
Murad Musayev: “Şayiələrə şərh vermək istəmirəm”

"Çox parlaq oyun gördük. Sona qədər qalibin kim olacağı müəyyən deyildi”.

Apasport.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.

Rusiyalı mütəxəssis Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Kəpəz”lə oyunundan (4:3) sonra mətbuat konfransında iştirak edib: “Əlbəttə ki, belə matçlar azarkeşlərin çox xoşuna gəlir. Amma məşqçilərin xoşuna gəmir. Vacib olan qələbə idi. Çox şadam ki, qalib gəldik".

- Futbolçular arasında mübahisə baş verdi. Həmin zaman sizə də sarı vərəqə göstərildi. Futbolçunuza qarşı haqsızlıq olduğunu düşünürsüz?
- Sofian Çaklaya niyə sarı vərəqə göstərildiyini anlamadım. O, epizoddan çox uzaq idi.

- Coy-Lens Mikelsin Səudiyyə Ərəbistanında xoşbəxt olmadığı deyilir. Qayıtmaq istəsə, "Sabah"ın qapıları onun üzünə açıqdır?
- Bilmirəm. Hazırda yalnız "Qəbəılə" ilə matç haqda düşünürəm.

- Aleksey İsayevlə "Qarabağ"ın maraqlandığı deyilir. Siz onun gedişinə hazırsız?
- Bunlar şayiələrdir. Şayiələrə şərh vermək istəmirəm. Kluba heç bir təklif gəlməyib. Təklif olsa, müzakirə edə bilərik. Mən məşqçi olaraq onun getməyini istəmərəm.

- Emmanuel Apeh artıq formaya düşüb?
- Bir oyunla nəsə demək olmaz. Bütün mövsümə görə baxmaq lazımdır. Bugünkü oyunundan məmnunam.
 

writer photo
Əlirza Əlirzalı
0