Azərbaycan milli komandasının forvardı Musa Qurbanlı “Yurqorden”dən ayrıla bilər.
Apasport.az saytına etibarlı mənbədən verilən məlumata görə, millimizin üzvünə hazırda “Yurqorden”də favorit hücumçu kimi baxılmır.
Buna görə də, Musanın icarəyə yollanması gözlənilir.
Saytımıza verilən məlumata görə, o da millimizin əksər üzvləri kimi Türkiyə variantına üstünlük verməyi planlaşdırır.
Belə ki, o, Azərbaycan millisinin hücumçuları: Renat Dadaşov və Ramil Şeydayev kimi Türkiyəyə yollanmaq niyyətindədir. O, Superliqa klublarından birinə icarəyə yollanmaq barədə düşünür. Bununla bağlı, Qurbanlının meneceri bəzi klublarla danışıq aparır.
Xatırladaq ki, 21 yaşlı forvard “Yurqorden”ə 2023-cü il iyulun 7-də keçib. O, 2026-cı il iyunun 30-na qədər İsveç klubuna məxsusdur.
Musa Qurbanlı Türkiyə Superliqasına doğru - ÖZƏL
14.03.2024 - 15:22
0
0