"Neftçi Arena"nın adı dəyişdirilir - Rəsmi
07.02.2025 - 14:06
"Neftçi Arena"nın adı dəyişdirilir - Rəsmi

“Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında beşillik sponsorluq müqaviləsi imzalanıb.

Apasport.az xəbər verir ki, 2025-2030-cu illəri əhatə edəcək bu müqaviləyə əsasən, “Palms Sports” “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzinin adlandırma hüquqlarını əldə edib.

Yeni adlar tərəfdaşların ortaq qərarı ilə müəyyən ediləcək və xəritələr, naviqasiya əlavələri ilə bütün rəsmi platformalarda yenilənəcək.

“Neftçi” PFK-nın A komandasının 2025-2030-cu illər arasındakı bütün rəsmi və yoldaşlıq oyunlarında “Palms Sports” loqolarından biri 2025-2026 mövsümünün başlanğıcından etibarən formaların ön tərəfində yer alacaq. Loqolar oyun formalarından əlavə, məşq ləvazimatlarında və azarkeş məhsullarında da istifadə olunacaq.

Qeyd edək ki, “Palms Sports” International Holding Company (IHC) şirkətinin bir müəssisəsi olaraq 2011-ci ildə yaradılmış və mərkəzi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən idman menecmenti və təlim şirkətidir. IHC-Palms Sports son illərdə bir çox yeni strateji tərəfdaşlıqlar imzalayaraq brendin idman və biznes sahəsində nüfuzunu dəfələrlə artırmışdır.

writer photo
Əlirza Əlirzalı
0