“Neftçi” ÇL-yə vəsiqə qazandı
18.05.2024 - 22:22
“Neftçi” ÇL-yə vəsiqə qazandı

“Neftçi”nin qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında Azərbaycan çempionu olub.

Apasport.az xəbər verir ki, “ağ-qaralar” çempionatın 18-ci turunda “İnter”i (Xaçmaz) məğlub edib.

Oyun paytaxt futbolçularının 14:0 hesablı qələbəsi ilə yekunlaşıb. Baş məşqçi Siyasət Əsgərovun komandası bu nəticə ilə qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb. “Neftçi” Azərbaycan futbolu tarixində daha bir ilkə imza ataraq, ölkəmizi qitənin nüfuzlu turnirində təmsil edəcək.

Qeyd edək ki, “Sumqayıt” liqanı 2-ci, “Baku Juniors” isə 3-cü pillədə başa vurub.


 

writer photo
Əlirza Əlirzalı
0