!["Neftçi" “Palms Sports”la sponsorluq müqaviləsi imzalayıb](https://ww3.apasport.az/storage/news/2025/february/07/big/67a5e370560e767a5e370560e8173892491267a5e370560e567a5e370560e6.jpeg)
“Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında beşillik sponsorluq müqaviləsi imzalanıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Neftçi” PFK-nın A komandasının 2025-2030-cu illər arasındakı bütün rəsmi və yoldaşlıq oyunlarında “Palms Sports” loqolarından biri 2025/2026 mövsümünün başlanğıcından etibarən formaların ön tərəfində yer alacaq. Loqolar oyun formalarından əlavə, məşq ləvazimatlarında və azarkeş məhsullarında da istifadə olunacaq.
Bu sponsorluq müqaviləsi yalnız “Neftçi” PFK-nın maliyyə davamlılığını artırmayacaq, həmçinin klubun beynəlxalq miqyasda daha çox tanınmasına kömək edəcək. Uzunmüddətli iş birliyi modeli həm brendlər, həm də klub üçün möhkəm təməllər atmağı hədəfləyir.