“Neftçi” – “Rapid”: Favorit açıqlandı
04.08.2022 - 15:44
Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Neftçi” (Azərbaycan) – “Rapid” (Avstriya) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan vitse-çempionunun görüşündə qonaqları favoriti sayırlar.
Bu gün “Bakcell Arena”da baş tutacaq matçda “Neftçi”nin qələbəsi 3,56, qonaqların uğuru 2,02 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,30 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.
0
0