“Neftçi” baş məşqçisi Laurentsiu Regekampfı istefaya göndərib.
Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Müşahidə Şurasının qərarı ilə əsas komandanın çalışdırıcı olan Regekampf, köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib. Yeni baş məşqçi yaxın günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, 2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Regekampf 2022/23 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” rumıniyalı mütəxəssisin rəhbərliyi altında 45 rəsmi oyun keçirib. Bu matçlardan 24-ü flaqmanın qələbəsi, 8-i heç-heçə, 13-ü isə məğlubiyyətlə başa çatıb.