"Neftçi" yeni transferə hazırlaşır
22.07.2024 - 21:43
"Neftçi" yeni transferə hazırlaşır

Yeni mövsüm qabağı transfer çalışmalarını davam etdirən "Neftçi" heyətini Almaniya Bundesliqasında çıxış etmiş Robert Bauerlə gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, ağ-qaralar" Almaniyanın "Verder" klubunun sabiq üzvü ilə anlaşır.

Müdafiə və yarımmüdafiədə çıxış etməyi bacaran 29 yaşlı almaniyalı oyunçunun transferi yaxın günlərdə ictimaiyyətə elan olunacaq.

Futbolçu karyerasına 2014-cü ildə ölkəsinin "Karlsrue" kollektivində başlayan R.Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) klubu ilə bağlayıb. Burada 48 matç keçirən futbolçu daha sonra yüksək məbləğ qarşılığında "Verder" klubuna transfer olunub. Sərgilədiyi futbolla adından söz etdirməyi bacaran Bauer 3 il "ağ-yaşıllar"ın şərəfini qoruyub. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Sonuncu klubu Səudiyyə Ərəbistanının "Əl-Tai" kollektivi olub.

R.Bauer Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0