Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
Apasport.az saytının məlumatına görə, Əsas yolda mübarizə aparacaq Azərbaycan klublarının da rəqibləri müəyyənləşəcək.
İlk raunddan azad olan “Neftçi”, “Zirə” və “Qəbələ” II təsnifat mərhələsindəki rəqiblərini tanıyacaq. “Neftçi” ötən il Çempionlar Liqasından bu turnirə düşmüşdüsə, digər iki klub ilk dəfə Konfrans Liqasında oynayacaq.
Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə 1-ci mərhələnin 60 cütü və əvvəlki raunddan azad olan 30 komandanın rəqibi bilinəcək. Ümumilikdə 45 cüt bəlli olacaq.
Püşkatma zamanı “Neftçi” səpələnmiş, digər iki komanda səpələnməmiş olacaq. UEFA klubları qruplara da bölüb. Bununla da təmsilçilərimizin mümkün rəqiblərinin sayı azalıb.
“Qəbələ”: APOEL (Kipr), “Başakşəhər” (Türkiyə), “Fehervar” (Macarıstan), “Aris” (Yunanıstan), “Radniçki” (Serbiya)
“Neftçi”: “Dinamo” Minsk (Belarus) – “Deçiç” (Monteneqro) cütünün qalibi, “Aris” (Kipr), “Saburtalo” (Gürcüstan) – “Partizani” (Albaniya) cütünün qalibi, “Makedoniya” (Şimali Makedoniya), “Velej” (Bosniya və Herseqovina)
“Zirə”: “Dinamo” (Tbilisi, Gürcüstan) – “Payde” (Estoniya) cütünün qalibi, BATE (Belarus), “Kayrat” (Qazaxıstan), “Universtatya” (Krayova, Rumıniya), “Makkabi” (Təl-Əviv, İsrail)