“Neftçi”dən çətin səfər qələbəsi - YENİLƏNİB
15.12.2022 - 16:28
“Neftçi”dən çətin səfər qələbəsi - YENİLƏNİB

Misli Premyer Liqasında XVII tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə bir oyun keçirilib.

Günün yeganə matçı Tovuzda baş tutub. “Neftçi” Premyer Liqanın debütantı “Turan Tovuz”un qonağı olub.

Qarşılaşmada yeganə qol görüşün ikinci hissəsində vurulub. Emin Mahmudov penaltidən fərqləndiyi qol “Neftçi”yə üç xal qazandırıb.

Bakılılar bu qələbə ilə ikinci pillədəki “Sabah”la xal fərqini 5-ə endirib. “Turan Tovuz” isə qələbəsiz oyunlar seriyasını 6-ya çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin sonuncu – XVIII turunun oyunları dekabrın 23-25-də keçiriləcək.

Misli Premyer Liqası
XVII tur
15 dekabr (cümə axşamı)
14:30. “Turan Tovuz” – “Neftçi” - 0:1
Qol: 
Emin Mahmudov, 73 (pen.)
Baş hakim: Əliyar Ağayev
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 88. Faiq Hacıyev, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 97. Sadiq Şəfiyev, 9. İmeda Aşortiya
Baş məşqçi: Ayxan Abbasov
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 84. Hüseyn Babayev, 51. David Orucov, 42. Xaqan Məmmədov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf
Tovuz şəhər stadionu

1

Qarabağ

17

15

2

0

45-8

47

2

Sabah

17

12

4

1

34-13

40

3

Neftçi

17

11

2

4

32-19

35

4

Zirə

17

8

3

6

18-22

27

5

Qəbələ

17

7

3

7

20-18

24

6

Turan Tovuz

17

4

4

9

11-22

16

7

Şamaxı

17

2

7

8

14-25

13

8

Sumqayıt

17

2

6

9

10-24

12

9

Kəpəz

17

2

5

10

14-33

11

10

Səbail

17

2

4

11

13-27

10

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") - 13 qol, Musa Qurbanlı ("Qarabağ") - 11 qol, Emin Mahmudov ("Neftçi") - 10 qol, Coy Lens Mikels ("Sabah") - 8 qol

writer photo
Əlirza Əlirzalı
0