“Neftçi”nin istəyi - Şuaybu
09.02.2023 - 17:21
“Neftçi”nin istəyi - Şuaybu

“Kəpəz”in futbolçusu Abdullahi Şuaybu karyerasını Azərbaycanın daha iddialı klublarında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçunun xidmətində “Neftçi” və “Qəbələ” maraqlıdır.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan klublar nigeriyalı forvardla hücum xəttini gücləndirməyi planlaşdırır. Onun keçidinin yayda reallaşması ilə bağlı danışıqlar aparılacaq.

Düzdür, “Qəbələ” qış transfer pəncərəsində də Şuaybunu heyətinə qatmağa cəhd edib. Amma afrikalının transfer məbləğinin yüksək olması üzündən bölgə təmsilçisinin istəyi təxirə düşüb.

Qeyd edək ki, Şuaybu Premyer Liqada mövsümün 21 matçında 6 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0