“Neftçi”nin müdafiəçisi Gürcüstan millisində
14.11.2022 - 16:37
“Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya növbəti dəfə Gürcüstan yığmasına çağırılıb.
Apasport.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat verib.
30 yaşlı futbolçu millinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək. Gürcüstan yığması toplanış çərçivəsində noyabrın 17-də Mərakeşlə üz-üzə gələcək.
Qeyd edək ki, Solomon Kvirkveliya Gürcüstan yığmasının heyətində 46 oyun keçirib.
0
0