“Neftçi”nin yeni strukturu təsdiqləndi
26.09.2023 - 12:21
“Neftçi”nin yeni strukturu təsdiqləndi

“Neftçi” klubunun yeni strukturu təsdiqlənib. 

Bakı təmsilçisindən apasport.az saytına verilən məlumata görə kluba Müşahidə Şurası rəhbərlik edir. Klubun baş icraçı direktor vəzifəsini Fərrux Mahmudov, Müşahidə Şurasının idman üzrə müşaviri vəzifəsini isə Kamil Məmmədov yerinə yetirir.

Strukturda yeni departamentlər qruplaşdırılıb. İdman direktoru isveçli mütəxəssis Yens Andersson, administrativ işlər üzrə direktor isə Səbuhi Rzayevdir. Maliyyə üzrə direktor vəzifəsini Namiq Əlizadə icra edir.

“Neftçi” PFK-nın Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.

Qeyd edək ki, bu struktura əsasən, departamentlər baş icraçı direktora tabedir, baş icraçı direktor isə müvafiq olaraq Müşahidə Şurasına hesabat verir

writer photo
Əlirza Əlirzalı
0