O da "Fənərbaxça"dan ayrılır
14.01.2024 - 17:32
Daha bir futbolçu “Fənərbaxça” ilə yollarını ayıra bilər.
Apasport.az xəbər verir ki, “Ankaragücü” Linkoln Enrikenin keçidi üçün “sarı-lacivərt” komandaya müraciət edib.
Zədə səbəbindən 10 ay meydanlardan uzaq qalan 25 yaşlı braziliyalının bu keçidə müsbət yanaşdığı iddia olunur. Paytaxt klubunda baş məşqçi Əmrə Bəlazoğlunun rəhbərlikdən hücumameyilli yarımmüdafiəçinin transferini həll etməyi istədiyi bildirilir. Keçidin yaxın günlərdə tamamlanacağı gözlənilir.
Qeyd edək ki, Linkoln “Fənərbaxça”ya 2022-ci ildə portuqaliya “Santa Klara”sından 3,5 milyon avroya transfer edilib.
- Millimizin baş məşqçisi: “Ani səhvimiz qolla nəticələndi”
- İlham Yadullayev: "Rusiya, Belarus və Özbəkistan milliləri bizdən çox üstündürlər" - Müsahibə
- İtaliya millisinin əsas oyunçusu 1/8 final matçını buraxacaq
- Rusiyalı mütəxəssis: “Bakıda piyada ancaq sürətlə qaçaraq yolu keçə bilər”
- “Xetafe” “Real”ın futbolçusunu transfer etdi
0
0