Onuncu DUEL
18.09.2022 - 15:43
Onuncu DUEL

Gələn həftə Millətlər Liqasında son iki tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, C liqasında mübarizə aparan Azərbaycan yığması son səfər matçında Slovakiya ilə üz-üzə gələcək.

Bu, iki komanda arasında 10-cu duel olacaq. Əvvəlki 9 matçda 1 qələbəsi olan yığmamız 8 dəfə uduzub. 5 qol vuran futbolçularımız dördqat artıq – 20 top buraxıb.

Səfərdəki 4 görüşün hamısında uduzan millimiz tilsimi qırmağa çalışacaq. Rəqib meydanında 2 top vuran komanda 12-ni buraxıb.

AVRO-1996-nın seçmə mərhələsi
29 mart 1995. Koşitse. AÇ. Slovakiya – Azərbaycan 4:1
16 avqust 1995. Trabzon. AÇ. Azərbaycan – Slovakiya 0:1

AVRO-2000-nin seçmə mərhələsi
5 sentyabr 1999. Koşitse. AÇ. Slovakiya – Azərbaycan 3:0
9 oktyabr 1999. Bakı. AÇ. Azərbaycan – Slovakiya 0:1

DÇ-2022-nin seçmə mərhələsi
28 mart 2001. Trnava. DÇ. Slovakiya – Azərbaycan 3:1
6 iyun 2001. Bakı. DÇ. Azərbaycan – Slovakiya 2:0

AVRO-2020-nin seçmə mərhələsi
11 iyun 2019. AÇ. Bakı. Azərbaycan - Slovakiya 1:5
19 noyabr 2019. AÇ. Trnava. Slovakiya - Azərbaycan 2:0

Millətlər Liqası-2023
10 iyun 2022. UML. Bakı. Azərbaycan – Slovakiya 0:1
 

writer photo
Əlirza Əlirzalı
0