Bu mövsüm “Araz-Naxçıvan”da kapitanlıq sarğısı daşıyan və bombardirlər siyahısında yer alan Orxan Əliyev Premyer Liqanın bir neçə klubunun maraq dairəsinə düşüb.
Apasport.az saytına verilən məlumata görə, 28 yaşlı hücumçunu istəyən klublardan biri “Zirə”dir. Qəsəbə təmsilçisi sabiq futbolçusuna müqavilə təklif etməyi planlaşdırır. Lakin Əliyev yeni mövsümə hansı komandada başlayacağına hələ ki, qərar verməyib.
“Araz-Naxçıvan”la müqaviləsi mövsümün sonunda başa çatacaq Orxana əsas təklif isə elə hazırkı klubundandır. Belə ki, Naxçıvan təmsilçisi Orxana 2 illik müqavilə təklif edəcək.
Qeyd edək ki, Azərbaycanın U16, U17, U18, U19 və U-21 yığma komandasının sabiq forvardı “Sumqayıt”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Səbail”, “Qaradağ Lökbatan”, “Sioni” komandalarında oynayıb.