Öt örtüyünə görə oyunun yeri dəyişdirildi
24.10.2024 - 14:18
Öt örtüyünə görə oyunun yeri dəyişdirildi

Birinci Liqanın 6-cı turunun “Baku Sportinq” – “Qaradağ Lökbatan” matçının yeri dəyişdirilib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Hava şəraiti ilə əlaqədar olaraq “Baku Sportinq Arena”nın ot örtüyünün yararsız vəziyyətə düşməsi ilə bağlı “Baku Sportinq” klubunun müraciəti, “Qaradağ Lökbatan” klubunun razılığı, Peşəkar  Futbol Liqasının yekun qərarı ilə “Baku Sportinq” və “Qaradağ Lökbatan” arasında keçirilməli olan 1-ci və 2-ci dövrənin oyunlarının yeri dəyişdirilib. 

Komandalar arasında 6-cı turun oyunu Lökbatan OİK stadionunda baş tutacaq. Oyunun günü və saatı ilə bağlı hansısa dəyişiklik yoxdur.

writer photo
Əlirza Əlirzalı
0