Ozobiç gözləmə mövqeyində: ÜÇ VARİANT VAR
14.04.2023 - 11:24
Ozobiç gözləmə mövqeyində: ÜÇ VARİANT VAR

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Filip Ozobiçin gələcək karyerası qeyri-müəyyənlikdədir.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu ilə müqaviləsi yayda başa çatacaq xorvat yarımmüdafiəçi anlaşmanın uzadılması ilə bağlı təklif almayıb.

32 yaşlı milliləşən legioner “Qarabağ”da qalmaq istədiyindən digər klublarla danışıqlara tələsmir. Amma Ozobiçin komandadan gedəcəyi də istisna deyil.

Yarımmüdafiəçi bu üzdən də “Qarabağ”dan təklif almayacağı halda atacağı addımları müəyyənləşdirib. Əgər ağdamlılarla anlaşma uzadılmasa, Filip ikinci variant kimi “Neftçi” ilə danışıqlara başlayacaq.

Milli üzvü Azərbaycanı tərk etməli olsa, vətəninə qayıdacaq. O, Belupo təmsilçisi “Slaven”lə danışıqlar aparmalı olacaq.

Qeyd edək ki, ölkəmizdə “Qəbələ”nin də formasını geyinən futbolçu 2018-ci ildə “Qarabağ”a keçib.

writer photo
Əlirza Əlirzalı
0