“Özümüzə ayırmağa vaxtımız yoxdur" - Rəşad Sadıqov
30.03.2024 - 21:30
“Özümüzə ayırmağa vaxtımız yoxdur" - Rəşad Sadıqov

"Zirə" Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Əvvəlki dövrlərdə də "Sabah"la aramızda baxımlı oyunlar olmuşdu. Bu gün də yaxşı, gərgin mübarizə şəraitində keçən matç oldu. Hər iki komanda qələbəyə layiq idi. Biz son vuruşlarda bir az uğurlu olduq. Vacib 3 xal qazandıq. Turnir cədvəli o qədər sıxdır ki, qazanılan hər 3 xal qızıla bərabərdir. Sevinməyə çox vaxtımız yoxdur. Üç gün sonra bizi vacib kubok matçı gözləyir".

- Avrokuboklara vəsiqə qazanmaq üçün çempionat, yoxsa kubok daha əlverişlidir?

- Fərq qoymuruq. Hər ikisi bizim üçün çox önəmlidir. Həmişə qarşıda gələn oyunu fikirləşirik.

- İlk hissədə "Sabah"ın qol epizodları oldu. İkinci hissədə isə komandanız boşluq vermədi. Fasilədə hansı tapşırıqları verdiz?

- Eyni tapşırıqlar idi. İkinci hissədə də "Sabah"ın təhlükəli hücumları oldu. Böyük qüvvə ilə irəli atılanda onların müdafiəsində boşluqlar yaranırdı. Bizim istəyimiz həmin boşluqlardan istifadə edib ikinci qolu vurmaq idi. Son dəqiqələr bizim üçün gərgin keçdi. 

- Yeni transferiniz Araz Abdullayev məşqlərdə özünü necə göstərir?

- Gözlədiyimdən daha yaxşı Arazdır. Uzun müddətdir futboldan kənarda qalıb. Çalışacağıq ki, formasını bərpa etsin. Araz istedadlı futbolçularımızdandır. Onu klubsuz görmək hamımız üçün məyusedicidir. 

- "Zirə"dən AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizəd yoxdur. Bunun səbəbi nədir?

- Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Bu barədə məlumatsızam. Elə sıx qrafikdəyik ki, heç özümüzə ayırmağa vaxtımız yoxdur.

- Sizin namizədliyiniz irəli sürülsəydi, razı olardız?

- Düşünürəm ki, mənim üçün tezdir. Özümü isbatladıqdan sonra gələcəkdə belə təklif olsa, dəyərləndirə bilərik.

writer photo
Əlirza Əlirzalı
0