Panama millisinin futbolçusu “Sumqayıt”da
22.07.2022 - 09:01
Panama millisinin futbolçusu “Sumqayıt”da

“Sumqayıt” daha bir əcnəbi futbolçu transfer etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi daha bir oyunçunu baxışdan keçirir.

Bu, panamalı yarımmüdafiəçi Omar Valensiyadır. Ölkəsinin “Plaza Amador” klubunda çıxış edən 20 yaşlı sol cinah oyunçusu dünən İstanbula, oradan da komandanın təlim-məşq toplanışında olduğu Ankaraya yollanıb. Valensiyaya bir həftəlik sınaq müddəti qoyulub. Özünü doğrulda bilsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, “Plaza Amador”un yetirməsi olan Omar Valensiya bu ilin yanvarından əsas komandada çıxış edir. O, eyni zamanda Panama millisinə də çağırılır.
 

writer photo
Əlirza Əlirzalı
0