Paraatıcımız Paralimpiya Oyunlarına lisenziya qazanıb
17.07.2024 - 17:50
Paraatıcımız Paralimpiya Oyunlarına lisenziya qazanıb

Paraatıcımız Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Apasport.az xəbər verir ki, paraatıcılıq üzrə milli komandamızın üzvü Aybəniz Babayeva Fransa paytaxtına yollanacaq.

Milli Paralimpiya Komitəsi tərəfindən göndərilən sorğu əsasında idmançımıza Beynəlxalq Paralimpiya Komitəsindən Paralimpiadada iştirak hüququ (“bipartite”) verilib.

Qeyd edək ki, paralimpiyaçılarımız bunadək Parisə 13 lisenziya qazanıb.

writer photo
Əlirza Əlirzalı
0