Avqustun 14-də Niderlandın Rotterdam şəhərində parataekvondo üzrə Avropa paralimpiya çempionatı start götürəcək.
Apasport.az saytı xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərov çempionatda 5 idmançıya şans verəcək. Mükafatlar uğrunda Röyalə Fətəliyeva (52 kq), Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Orxan Cəfərov (+80 kq) dayanq üzərinə çıxacaq. Onların hamısı K-44 kateqoriyasında qüvvəsini sınayacaq.
Qeyd edək ki, parataekvondoçularımızdan Fətəliyeva və Zeynalov avqustun 14-də, Xəlilov ertəsi gün, Abuzərli və Cəfərov avqustun 16-da mübarizəyə qoşulacaq.