Paris-2024-ə lisenziya qazanan paraatlet: Bu hissləri yenidən yaşamaq çox xoşdur
12.07.2024 - 19:00
Paris-2024-ə lisenziya qazanan paraatlet: Bu hissləri yenidən yaşamaq çox xoşdur

"İkinci dəfə Paralimpiadada iştirak edəcəyəm. Bu hisləri yenidən yaşamaq çox xoşdur”.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin paraatleti Rüfət Rəfiyev deyib.

Paris-2024 Paralimpiya Oyunlarına lisenziya qazanan təmsilçimiz Fransadakı məqsədini açıqlayıb: “Rio-2016-da debüt etmişdim. İndi daha təcrübəli idmançıyam. Məqsədim yaxşı nəticə qazanmaqdır. Məşqlərimi tam sürətlə davam etdirirəm. Vətənimi layiqincə təmsil etməyə çalışacağam".

Qeyd edək ki, Paris Yay Paralimpiya Oyunları avqustun 28-də start götürəcək

writer photo
Əlirza Əlirzalı
0