Paris-2024: İdmançı yarışdan sonra huşunu itirdi
02.08.2024 - 17:54
Paris-2024: İdmançı yarışdan sonra huşunu itirdi

Paris-2024 Yay Olimpiya Oyunlarında xoşagəlməz hadisə yaşanıb.

Apasport.az xəbər verir ki, slovakiyalı üzgüçü Tamara Potoçka 200 m məsafəyə fərdi qarışıq yarışlardan sonra huşunu itirib.

Hadisə Potoçkanın finişə çatmasından sonra baş verib. Həkimlər üzgüçünü oksigen maskası ilə xərəkdə aparıblar. O, sonradan özünə gəlib. 

Qeyd edək ki, bu, 21 yaşlı üzgüçünün Olimpiya Oyunlarında ilk çıxışı olub.

writer photo
Əlirza Əlirzalı
0