Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 31-ci pillədə qərarlaşıb.
Apasport.az xəbər verir ki, yığmanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.
Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.
Türkiyə isə 3 qızıl, 5 gümüş və 2 bürünc medalla 12-ci pillədə qərarlaşıb.
Siyahıya Çin (33 qızıl, 27 gümüş, 11 bürünc) başçılıq edir. Böyük Britaniya (23 qızıl, 12 gümüş, 8 bürünc) ikinci, ABŞ (8 qızıl, 11 bürünc, 8 bürünc) üçüncüdür.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
- Danilo Dias: "Azərbaycan xalqı üçün çox darıxıram" - Müsahibə
- Murad Allahverdiyev: “Zədələr istədiyim kimi döyüşməyimə imkan vermədi”
- “Kəpəz”in legioneri: "Baxdıq və gördük ki, top xətti keçib, amma..." - MÜSAHİBƏ
- Rövşən Nəcəf: “Neftçi”də yeni idarəetmə sistemi qurulub”
- Xorvatiya pentakampeonları mundialdan kənarlaşdırdı - YENİLƏNİB