Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb
27.06.2024 - 12:49
Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, PFL rəsmisi Konfrans Liqasının I təsnifat mərhələsinin oyununda fəaliyyət göstərəcək.

O, iyulun 18-də Albaniyada keçiriləcək “Tirana” (Albaniya) – “Torpedo" (Kutaisi, Gürcüstan) görüşünün UEFA nümayəndəsi olacaq.

writer photo
Əlirza Əlirzalı
0