Peşəkar Futbol Liqasının “Ayın qolu” layihəsinə I Liqa və II Liqada da start verilir.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
İlk qaliblər sentyabr ayında vurulan qollar əsasında seçiləcək. PFL tərəfindən hər liqada ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.
I Liqada “Ayın qolu”nun müəllifi 500 AZN qazanacaq. II Liqada isə həm “Ayın qolu”nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 AZN mükafat əldə edəcək.